Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukraynanın Rusiyadakı hərbi obyektlərə hücumları tamamilə qanunidir'' - NATO

''Ukraynanın Rusiyadakı hərbi obyektlərə hücumları tamamilə qanunidir'' - NATO

Tarix: 30 Dekabr 2022 11:04

"Alyans ölkələrinin Ukraynaya silah tədarükü tezliklə atəşkəsə gətirib çıxaracaq".

Sonxeber.net "Report"a xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, paradoks kimi səslənsə də, Ukraynaya hərbi dəstək sülhə aparan ən qısa yoldur.

Y.Stoltenberqin sözlərinə görə, Moskva başa düşməlidir ki, Ukraynada öz məqsədlərinə nail ola bilməyəcək.

O, eyni zamanda, Ukrayna ordusunun Rusiyadakı hərbi obyektlərə hücumlarını tamamilə qanuni hesab etdiyini açıq şəkildə bildirib: "Hər bir ölkənin özünü müdafiə etmək hüququ var. Eləcə də Ukraynanın".


Etiketlər:  Ukraynanın Rusiyadakı hərbi obyektlərə hücumları tamamilə qanunidir NATO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ