Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin “Siper” hava hücumundan müdafiə sistemi sınaqdan uğurla çıxıb

Türkiyənin “Siper” hava hücumundan müdafiə sistemi sınaqdan uğurla çıxıb

Tarix: 31 Dekabr 2022 21:02

Türkiyənin "Siper" uzaqmənzilli hava hücumundan müdafiə raketi uğurla sınaqdan keçirilib və 100 km-dən çox məsafədə hədəfi vurub.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "Yeni Şafak" Türkiyə Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir sınaqların türk xalqına "Yeni il hədiyyəsi" olduğunu və ölkənin 2023-cü ildə "Türkiyə müdafiə sənayesi dövrünə" qədəm qoyduğuna işarə olduğunu bildirib.

"Siper" layihəsinə Türkiyənin böyük müdafiə şirkətləri "Aselsan" və "Roketsan", həmçinin Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurası (TUBİTAK) rəhbərlik edir.

Türkiyə Rusiyanın S-400-ləri ilə rəqabət aparacağı gözlənilən "Siper"dən başqa "Korkut", "Sunqur" və "Hisar" hava hücumundan müdafiə sistemlərini də hazırlayıb.


Etiketlər:  Türkiyənin Siper hava hücumundan müdafiə sistemi sınaqdan uğurla çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ