Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının Yeni il görüntüləri - FOTO

Bakının Yeni il görüntüləri - FOTO

Tarix: 31 Dekabr 2022 21:42

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Bakı şəhərinin parkları, meydan və küçələri əl-əlvan bəzədilib. Paytaxtımızda Yeni il atributları, yolkalar və digər bayram rəmzləri quraşdırılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, paytaxtda əlamətdar bayramlar münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilib. Şəhərdə insanların daha çox toplaşdığı məkanlarda - Fəvvarələr meydanında, Dənizkənarı Bulvarda və İçərişəhərdə əvvəlki illərdən fərqli və geniş formada xüsusi proqram əsasında bayram hazırlıqları görülüb.

Bulvar ərazisində Yeni ilin rəmzlərindən ibarət rəngarəng kompozisiyalar, uşaqların zövqünə oxşayan çoxsaylı oyuncaq evlər qurulub.

Bu il Neftçilər və Azərbaycan prospektlərində, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət küçələrində də xüsusi bayram tərtibatı aparılıb. Paytaxtımızda ən böyük yolka "Azneft" dairəsindədir. Onun hündürlüyü 20 metrdir. Mərkəzi parkda quraşdırılan 16 metrlik yolka da fərqli tərtibatı ilə göz oxşayır.

Bundan əlavə, uşaqların mənalı istirahətini təmin etmək məqsədilə Dənizkənarı Milli Parkın "Köhnə bulvar" ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunub.

Dövlət Kukla Teatrının arxasındakı ərazidə çilçıraqlı xizəkli maral, retro maşın, hava ilə doldurulmuş oyuncaqlar həmin ərazinin hüsnünə yeni bir gözəllik verir.

Bununla yanaşı, diskoteka, tamaşalar, konsert, işıq və alov şousu da nümayiş olunur.

Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi və 2023-cü il yanvarın 8-dək davam edəcək Yeni il şənlikləri paytaxt sakinlərində və qonaqlarda xoş ovqat oyadır.

Paytaxtımızın Yeni il gecəsinin görüntülərini təqdim edirik.


Etiketlər:  Bakının Yeni görüntüləri FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ