Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ qrupunun Polşadakı Yeni il çıxışı qalmaqal yaratdı

ABŞ qrupunun Polşadakı Yeni il çıxışı qalmaqal yaratdı

Tarix: 2 Yanvar 2023 08:34

Yanvarın 1-də ABŞ-nin "Black eyed peas" qrupunun TVN kanalının yeni il konsertində göy qurşağı rəngli sarğılarla çıxışı Polşada qalmaqala səbəb olub.

Belə ki, ədliyyə naziri Zbiqnev Ziobro bəyan edib ki, əgər TVN-nin Yeni il konsertində LGBT nümayəndələrinin təbliğatını telekanal planlaşdırıbsa, bunu qalmaqal hesab edənlər haqlıdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ədliyyə Nazirliyinin katibi Martsin Varhol isə TVN-də baş verənləri ayıb adlandırıb. Onun fikrincə LGBT təbliğatlı Yeni il gecəsi Polşa xalqının alçaldılmasıdır.

Digər tərəfdən, həm aparıcı, həm də sənətçilər konsertin bütün detallarının, o cümlədən ifaçıların geyiminin bütün elementlərinin razılaşdırıldığını təsdiqləyiblər.

Milli.Az


Etiketlər:  ABŞ qrupunun Polşadakı Yeni il çıxışı qalmaqal yaratdı


RƏYLƏR