Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2023 08:44
Moskvada ictimai nəqliyyatda gediş haqqı tarifləri yanvarın 1-dən etibarən artırılıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə paytaxtın Nəqliyyat Departamenti məlumat yayıb.
Xüsusilə, "Troyka" kartında yerüstü nəqliyyat, metro üzrə bir səfər 50 rubla qədər bahalaşıb və "Vahid" biletdə bir səfərin qiyməti indi 62 rubl təşkil edir.
Bundan əlavə, 2023-cü il yanvarın 1-dən avtomobillərin daşınması və saxlanması xərcləri 12% indeksləşdirilib. Avtomobil xüsusi dayanacaqdan qəbul edilməmişdən əvvəl evakuasiya pulunu ödəsəniz, köçürmə və saxlama üçün 25% endirim olacaq.