Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni il gecəsi qadınlarla içki içən iranlı futbolçular həbs edildilər

Yeni il gecəsi qadınlarla içki içən iranlı futbolçular həbs edildilər

Tarix: 2 Yanvar 2023 16:10

Bir neçə iranlı futbolçu şənbə günü Tehranda həbs edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, onlar qadınların da olduğu Yeni il gecəsində içki içiblər.

Bildirilib ki, futbolçular, onların arasında Tehranın böyük futbol klublarından birinin keçmiş oyunçusu da olub, ötən gecə Dəmavənd şəhərində qarışıq şənlikdə həbs ediliblər.

Bəzi futbolçuların "spirtli içki qəbul etdikdən sonra adekvat vəziyyətdə olmadığı" qeyd edilib.

Qeyd edək ki, İran qanunlarına görə, spirtli içkilərin istehlakı və satışı qadağandır.

Milli.Az


Etiketlər:  Yeni gecəsi qadınlarla içki içən iranlı futbolçular həbs edildilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ