Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2023 23:20
"Ziyanlı şeylərə çox xəsisəm və pul xərcləmərəm".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Aygün Kazımova qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.
Sənətçi bildirib ki, geyimlərinə hədsiz dərəcədə çoxlu pullar xərcləyir:
"Məsələn bu gün təcili mənə pencək almaq lazımdır. Pencəkdən başqa nə istəyirsiniz alıram, amma pencək qalır kənarda. Deyirlər ki, axı, biz pencək almağa getmişdik. Cavabında söyləyirəm ki, siz bilmirsiniz, amma aldıqlarım mütləq nə zamansa, lazım olacaq. Sonra həqiqətən lazım olur".
Verilişin aparıcısı Zaur Baxşəliyevin "Alıb, geyinib, istifadə etdiyiniz səhnə geyimlərini sonra nə edirsiniz?" sualına pop diva "O geyimlərin hamısı qalır məndə. Stilistlərim o geyimləri başqa cür kombin edirlər. Sonradan onları geyinirəm", cavabını verib.