Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2023 07:27
Avropa Parlamenti Avropa Parlamentinin sədri Roberta Metsola Belçika hüquq-mühafizə orqanlarının korrupsiya ittihamları ilə bağlı iki deputatın toxunulmazlıqdan məhrum edilməsi prosedurunu başladıb.
Bu barədə bazar ertəsi Avropa Parlamentinin press-relizində deyilir.
"Sədr Metsola, Belçika məhkəmə orqanlarının tələbi ilə Avropa Parlamentinin iki deputatının toxunulmazlıqdan məhrum edilməsi üçün təcili prosedur başladıb. Artıq ilk prosessual tədbirlər görülüb, sədr bu barədə yanvarın 16-da keçiriləcək plenar iclasda məlumat verəcək. Daha sonra qərar qəbul edilməsi üçün vəsatət hüquq komitəsinə təqdim olunacaq", - deyə press-relizdə bildirilir.
Söhbətin hansı deputatlardan getdiyi barədə məlumat verilmir.