Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldonun müqaviləsində xüsusi bənd- Qalmaqallı məqam

Ronaldonun müqaviləsində xüsusi bənd- Qalmaqallı məqam

Tarix: 3 Yanvar 2023 08:38

"Mançester Yunayted"lə müqaviləsini dayandırdıqdan sonra böyük sürprizə imza atan və Səudiyyə Ərəbistanının "Əl Nassr" komandası ilə müqavilə imzalayan Kriştianu Ronaldonun müqaviləsində xüsusi bənd olduğu iddia edilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, portuqaliyalı ulduzun "Əl Nassr"la müqaviləsində "Nyukasl Yunayted"lə bağlı bənd var. Bu maddəyə əsasən; Ronaldo "Nyukasl Yunayted" UEFA Çempionlar Liqası vizası alarsa, gələn il icarə əsasında İngiltərə komandasına keçə biləcək.

Ronaldonun karyerası bitməmiş Çempionlar Liqasında yenidən oynamaq istədiyi və bu səbəbdən müqaviləsində xüsusi bəndin olduğu bildirilib. Bu mövsüm Premyer Liqanın zirvəsinə yüksələn "Nyukasl Yunayted" hazırda liqada 3-cü yerdədir.

Milli.Az


Etiketlər:  Ronaldonun müqaviləsində xüsusi bənd Qalmaqallı məqam


RƏYLƏR