Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NASA həyəcan təbili çalır: Çin Aya iddia edir

NASA həyəcan təbili çalır: Çin Aya iddia edir

Tarix: 3 Yanvar 2023 15:12

ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson bəyan edib ki, Çin Xalq Respublikası Aya iddia edə bilər.

"Bu bir faktdır: biz kosmik yarışdayıq. Yaxşı olar ki, biz onların (Çini nəzərdə tutur - red.) elmi araşdırma adı altında Aya iddia etmələrinin qarşısını alaq. Ola bilsin ki, gələcəkdə onlar bizə "yaxınlaşmayın, biz buradayıq, bura bizim ərazimizdir" desinlər", - NASA rəhbəri açıqlamasında bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ABŞ Kosmik Agentliyinin rəhbəri hesab edir ki, əgər Çin bu kosmik yarışda qalib gələrsə, sözügedən ssenari tam realdır.

Çin isə öz növbəsində amerikalıların kosmos yarışı ilə bağlı iddialarını təkzib edir.

Milli.Az


Etiketlər:  NASA həyəcan təbili çalır Çin Aya iddia edir


RƏYLƏR