Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük zərbə: Bu şirkət Rusiya ilə əlaqələri kəsdi

Böyük zərbə: Bu şirkət Rusiya ilə əlaqələri kəsdi

Tarix: 3 Yanvar 2023 17:12

Rusiyanın Ukraynaya müharibəsi və Kremlə qarşı tətbiq olunan sanksiyalar fonunda Fransanın GTT (Gaztransport & Technigaz) mühəndislik şirkəti Rusiyada işlərini dayandırdığını elan edib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

"Rusiyanın "Zvezda" şirkəti ilə 15 buzqıran qaz daşıyıcısının tikintisinə dair müqavilə çərçivəsində əməkdaşlığa da son qoyulub. Qərar AB-nin səkkizinci və doqquzuncu sanksiyalar paketində nəzərdə tutulan məhdudiyyətlərə görə qəbul edilib. 2023-cü il yanvarın 8-dən etibarən "Zvezda" ilə müqavilə dayandırılacaq", - məlumatda deyilib.


Etiketlər:  Böyük zərbə şirkət Rusiya ilə əlaqələri kəsdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ