Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2023 18:12
Təbrizdə koronavirusun "omikron" ştamının alt ştamı müşahidə edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Təbriz Tibb Elmləri Universitetinin Sağlamlıq idarəsinin direktoru Hüseyn Həqqayi deyib.
O bildirib ki, İranın Şərqi Azərbaycan əyalətində aparılan koronavirus testlərinə əsasən, əyalətdə BQ1 və XBB adları olan yeni "omikron" alt ştamının bir neçə halı müşahidə olunub.
Onun sözlərinə görə, yoluxmuş insanlar karantindədirlər, lakin çinlilərin Şərqi Azərbaycana gediş-gəlişi səbəbindən koronovirus xəstəliyinin yeni ştamına yoluxma ehtimalı daha yüksəkdir.