Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2023 22:54
Qazaxıstanın Janatas şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Jambil vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, şəhərdə fövqəladə vəziyyət güclü külək elektrik xətlərini zədələdiyinə görə elan edilib:
"Sarısu bölgəsinin Janatas şəhərində 30 m/s-ə çatan güclü külək davam edir. Şəhərin kommunal müəssisəsinin ayrı-ayrı generatorlarının gücü kifayət etmir. Hazırda elektrik xətlərinin 20 dirəyinin aşdığı müəyyən olunub".