Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kriştianu Ronaldu: “Avropada mənim işim bitib”

Kriştianu Ronaldu: “Avropada mənim işim bitib”

Tarix: 3 Yanvar 2023 23:04

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu təntənəli mərasimlə "Əl Nəsr" klubu tərəfindən ictimaiyyətə təqdim oluub.

Tədbirdə çıxış edən ulduz futbolçu Səudiyyə Ərəbistanı klubuna keçidini şərh edib.

"Futbolda və həyatımda bu vacib qərarı verdiyim üçün fəxr edirəm. Avropada mənim işim bitib. Hər şeyi qazanmışam, Avropanın ən böyük klublarında oynamışam. İndi isə Asiyada yeni bir çağırışım var. Sevinirəm ki, "Əl-Nəsr" mənə bu fürsəti verib. Bu təkcə ənənəvi futbolun inkişafı üçün deyil, həm yeni nəsil naminə, həm də qadın futbolunun dirçəli üçün vacibdir. Bu, mənim üçün yeni çağırışdır, amma eyni zamanda da xoşbəxtəm və çox qürur duyuram", - hücumçu klub oyunçusu kimi təqdimat mərasimində deyib.

Qeyd edək ki, portuqaliyalı Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Milli.Az


Etiketlər:  Kriştianu Ronaldu Avropada mənim işim bitib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ