Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2022-ci ildə 9 məşhur azərbaycanlının EŞQ MACƏRASI - Deputatlar, müğənnilər, biznesmenlər

2022-ci ildə 9 məşhur azərbaycanlının EŞQ MACƏRASI - Deputatlar, müğənnilər, biznesmenlər

Tarix: 4 Yanvar 2023 02:38

2023-cü ilin addım səsləri aydın eşidilməkdədir. Artıq 2022-ci il tarixə çevrilir. Tarixə çevrilən 2022-ci il yəqin ki, yaddaşlarda çoxlu sayda şirinli-acılı hadisələrlə qalacaq. Bir də məşhurların qalmqallı eşq macəraları ilə.

Milli.Az Bizim.Media-ya istinadən 2022-ci ildəki qalmaqalı eşq macəralarını təqdim edir:

1. İlin ortasında "TikTok" və digər sosial şəbəkələrdə aktrisa Pərvin Abıyeva ilə deputat Cavid Osmanov arasında sevgi münasibətlərinin olduğu barədə silsilə məlumatlar yayıldı. Aktrisa bu xəbərə əsəbiləşərək deyilənlərin yalan oldugunu söylədi: "Bu şəxsin adını ilk dəfə sizdən və bu yalan informasiyanı yayan şərəfsizdən eşidirəm!" Lakin, Cavid Osmanov yayılan xəbərlərə heç bir reaksiya vermədi.

2. Milli Məclisin daha bir deputatı Elman Nəsirov da eşq macərası ilə gündəmə gəldi. İddia edildi ki, o evli tələbəsi ilə eşq yaşayır. Millət vəkili öz növbəsində deyilənləri təkzib etdi. Lakin, Xumar Cabbarova adlı xanımın həyat yoldaşı Emil Cabbarov bu hadisədən sonra Elman Nəsirovu məhkəməyə verdi. O müraciəti zamanı məhkəmədən Elman Nəsirovun üzr istəməsini, ona dəymiş maddi ziyanın əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq isə 50 000 manat pul vəsaitini, həmçinin iddianın verilməsi ilə bağlı ödənilmiş 240 manat dövlət rüsumunu iddiaçının xeyrinə ödəməsi barədə qətnamə çıxarmasını xahiş etmişdi.

3. Müğənni Şəbnəm Tovuzlu 2022-ci ildə də gündəm yaratmağı bacardı. Onun uzun müddət Ramazan Mirzəyevlə eşq yaşadığı deyilirdi. Xatırladaq ki, Ramazan Mirzəyev Bakı şəhər İcra Hakimiyyətinin "tender kralı" kimi tanınır. Lakin, bu yaxınlarda müğənni uşağının atasının tamam başqa adam olduğunu söylədi. Sən demə Şəbnəm Tovuzlunun oğlunun atası Hacı Ramazan yox, Hacı Ramil imiş.

4. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti otağında Nazirliyin bəzi xanım işçiləri ilə olan intim görüntülərinin sosial şəbəbkələrdə yayılması 2022-ci ildə böyük səs-küyə səbəb oldu. Bu hadisədən sonra işdən qovulan Zaur Mirzəyev həbsə atıldı. Xatırladaq ki, o keçmiş nazir Heydər Əsədovun qardaşı FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun yaxın qohumu olduğu deyilir.

5. Ədliyyə Nazirliyinin zabiti, alay komandiri Tural Rəfiyev də 2022-ci ildə intim videoları ilə gündəmə gəldi. 22 noyabr tarixdə peşə bayramını tanınmış xanımla saunada qeyd edən ədliyyə mayoru bu hadisədən sonra vəzifəsindən qovuldu.

6. Ermənistanın eks-prezidenti Robert Köçəryanın gəlini, Siruşo ləqəbli müğənni Siranuş Köçəryan Azərbaycanın məşhur iş adamı ilə eşq yaşaması da 2022-ci ilin çıxan xəbərlər arasında yer aldı. İddialara görə, 42 yaşlı azərbaycanlı iş adamı Moskvada, həmçinin Varşava və Praqada böyük biznesə malikdir. Moskvada yaşayan Suzanna Karapetyan adlı erməni sosial şəbəkə istifadəçisi bu fakta belə izah verib: "Siruşo azərbaycanlı iş adamı ilə sevgili ola bilər. Bu inandırıcıdır. İlin yarıdan çoxunu Moskvada keçirən bu qız, əri ilə deyil tək yaşayır. Çox uzaqda yox, mənimlə yaxın məhəllədə villada qalır. Və ən əsası onun hər gün getdiyi restoranın kimə məxsus olması gizlin deyil". Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon və məşhur erməni müğənnisi, "Eurovision-2008" mahnı müsabiqəsinin iştirakçısı Siruşo 2009-cu ildə ailə qurublar.

7. Rusiyalı müğənni Olqa Buzova 2022-ci ilin ortalarında azərbaycanlı oloqarxla məşhurla eşq yaşadığını bəyan etdi.  İfaçı, bu barədə özü "mk.ru"ya müsahibəsində deyib. Qeyd edək ki, ifaçı bir müddət əvvəl Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Conidən (Cahid Hüseynli) övlad istədiyini yazmışdı.

8. Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın 2022-ci ildəki yeni sevgilisinin də azərbaycanlı olduğu üzə çıxdı. Dünyaca məşhur rus qadınla eşq yaşayan bu həmyerlimiz olduqca zəngin iş adamıdır. Belə ki, onun mülkləri sırasına şəxsi təyyarə, yaxta və eyni zamanda futbol klubu da daxildir.

9. Türkiyəli müğənni Petek Dinçözün azərbaycanlı iş adamı Reza Zarrabla eşq yaşadığı üzə çıxdı. Xatırladaq ki, buna qədər Rezanın adı müğənni Günellə, Ebru Gündeşlə və Hadisə ilə hallanmışdı.

Milli.Az


Etiketlər:  2022 ci ildə 9 məşhur azərbaycanlının EŞQ MACƏRASI Deputatlar müğənnilər biznesmenlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ