Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT TŞ-də Suriya müzakirəsi: Nələr gözlənilir?

BMT TŞ-də Suriya müzakirəsi: Nələr gözlənilir?

Tarix: 4 Yanvar 2023 09:22

BMT Təhlükəsizlik Şurası yanvarın 9-da Suriyaya transsərhəd yardım göstərmək üçün yaradılmış mexanizmin uzadılması imkanını müzakirə edəcək.

Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bunu BMT Təhlükəsizlik Şurasına sədrlik edən Yaponiyanın daimi nümayəndəsi Kimihiro İsikane deyib.

"Mən diqqəti yanvarın 10-da başa çatan Suriyaya transsərhəd yardım mexanizminə cəlb etmək istərdim. Biz bu məsələnin müzakirəsini yanvarın 9-na təyin etmişik", - o deyib.

Qeyd edək ki, ötən il iyulun 8-də Rusiya Suriya transsərhəd yardım mexanizminin bir il müddətinə uzadılmasını təklif edən Qərb qətnamə layihəsinə səs verərkən veto hüququndan istifadə edib. Eyni zamanda, iyulun 12-də BMT Təhlükəsizlik Şurası Rusiya layihəsi əsasında mexanizmin 2023-cü il yanvarın 10-na qədər davam etdirilməsi ilə bağlı qətnaməni təsdiqləyib. Əgər yeni qətnamə təsdiq olunarsa, müddətin 6 ay uzadılması ehtimalı var.


Etiketlər:  Suriya müzakirəsi Nələr gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ