Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2023 18:16
"Vasif Talıbov kimi insanlarla çox məsafəli münasibətim olub. Baxmayaraq ki, ona Naxçıvanda dərs demişəm. Tarix fakültəsini bitirib".
Sonxeber.net qafqazinfoya istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı Post TV-də qonaq olduğu zaman deyib.
"Dərs oxumurdu, çox zəif idi, amma sakit biri idi, tərbiyəli idi. İndiki həyat yoldaşı Sevil xanım da sinif nümayəndəsi idi, sonra evləndilər", - deyə deputat əlavə edib.