Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Orxan Camalın qətlində şübhəli bilinən jurnalist öldü

Orxan Camalın qətlində şübhəli bilinən jurnalist öldü

Tarix: 4 Yanvar 2023 21:54

2018-ci ilin iyulunda Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalistin qətlində şübhəli bilinən "RİA FAN" portalının əməkdaşı Kirill Romanovski ölüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,bu barədə "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin məlumat yayıb.

Priqojin Romanovskini ən böyük hərbi müxbir, ölkə üçün çox işlər görmüş yoldaş adlandırıb. Hərbi müxbir Aleksandr Kotsun verdiyi məlumata görə, mərhumun başında bədxassəli şiş olub.

Xatırladaq ki, "Dosye" araşdırma mərkəzi Romanovskini 2018-ci il iyulun 30-da Mərkəzi Afrika Respublikasında Vaqner ÖHŞ-nin işi haqqında sənədli film çəkən rusiyalı jurnalistlər Orxan Camal, Aleksandr Rastorquev və Kirill Radçenkovun qətli ilə əlaqələndirib. Müstəntiqlərin fikrincə, Romanovski çəkiliş qrupuna qəsdən özünü "BMT-nin nümayəndəsi Martin" adlandıran adamın əlaqələrini verib. İddiaya görə, o, MAR-a gəldikdən sonra heyətə kömək etməli imiş, əslində isə bütün yol boyu jurnalistləri izləyib.

Milli.Az


Etiketlər:  Orxan Camalın qətlində şübhəli bilinən jurnalist öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ