Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

9 ölkə Kosovonun tanınmasını geri götürüb

9 ölkə Kosovonun tanınmasını  geri götürüb

Tarix: 5 Yanvar 2023 08:48

Esvatini, Somali, Burkina Faso, Qabon, Liviya, Qvineya, Antiqua və Barbuda, Sent-Lüsiya və Maldiv adaları Kosovonun tanınmasına dair qərarlarını ləğv edib.

APA-nın xəbərinə görə, bunu Serbiya prezidenti Aleksandar Vuçiç "Veçerne Novosti" nəşrinə bildirib.

"Qondarma Kosovo Respublikasının tanınmasını geri götürən doqquz ölkə var: Somali, Burkina Faso, Qabon, Esvatini, Liviya, Qvineya, Antiqua və Barbuda, Sent-Lüsiya və Maldiv adaları" - deyə Vuçiç qeyd edib.

Prezident vurğulayıb ki, 106 ölkə Kosovonun müstəqilliyini tanımır, 84 ölkə isə "birmənalı olaraq tanıyır". Digər üç dövlətin mövqeyi qeyri-müəyyəndir.


Etiketlər:  ölkə Kosovonun tanınmasını geri götürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ