Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanında Ronalduya ayrılan dəbdəbəli villanın görüntüləri - VİDEO - FOTO

Səudiyyə Ərəbistanında Ronalduya ayrılan dəbdəbəli villanın görüntüləri - VİDEO - FOTO

Tarix: 5 Yanvar 2023 20:42

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu ilə müqavilə imzalayan portuqaliyalı hücumçu Kriştianu Ronaldunun qaldığı ev gündəm olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, klub ulduz futbolçuya hər cür imkanları olan villa ayırıb. Çox dəbdəbəli görkəmi olan malikanədə minifutbol meydançası, kiçik basketbol meydançası, qapalı və açıq hovuzlar, sauna otağı, stolüstü tennis otağı var. Bundan əlavə, Ronaldu və ailəsinə xüsusi lüks avtomobillər təklif olunacaq.

Qeyd edək ki, "Qızıl top"un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Səudiyyə Ərəbistanında Ronalduya ayrılan dəbdəbəli villanın görüntüləri VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ