Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2023 23:08
Rusiya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin ən uğurlu siyasətçisi seçib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun seçilməsinə səbəb Rusiya-Ukrayna müharibəsində vasitəçilik roludur.
Rusiyanın aparıcı qəzetlərindən biri olan "Kommersant" Türkiyə Prezidentini əvəzolunmaz adlandırıb:
"Ərdoğan 2022-ci ildə dünyanın ən uğurlu siyasətçisi adlandırıla bilər, çünki o, xüsusi hərbi əməliyyat başlayandan bəri münaqişə tərəfləri arasında demək olar ki, mübahisəsiz vasitəçi statusunu qoruyub saxlayıb".