Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

14 yaşlı yeniyetmənin meyitinin tapıldığı yerdən VİDEO yayılıb

14 yaşlı yeniyetmənin meyitinin tapıldığı yerdən VİDEO yayılıb

Tarix: 6 Yanvar 2023 16:52

Moskvanın şərqindəki Kosino-Uxtomski rayonunda Svyatoye gölünün yaxınlığında 14 yaşlı yeniyetmənin meyiti tapıldıqdan sonra cinayət işi açılıb.

Milli.Az bildirir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin İstintaq İdarəsinin paytaxtdakı mətbuat xidməti məlumat yayıb. Uşağın bədənində üzündə və gövdəsində çoxsaylı xəsarətlər qeydə alınıb.

"Perovski Rayonlararası İstintaq Şöbəsi tərəfindən aparılan ibtidai istintaqın nəticələrinə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayət (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb", - nazirliyin açıqlamasında deyilib.

Hazırda uşağın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Bu, polisə faciənin bütün mənzərəsini bərpa etməyə kömək edəcək. Kamera qeydləri və oğlanın marşrutu da öyrənilir. İlkin məlumata görə, bir gün əvvəl yaşıdları ilə gəzintiyə çıxan yeniyetmə evə qayıtmayıb, daha sonra valideynləri polisə müraciət edib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  14 yaşlı yeniyetmənin meyitinin tapıldığı yerdən VİDEO yayılıb


RƏYLƏR