Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub aldı

“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub aldı

Tarix: 6 Yanvar 2023 19:34

"Qalatasaray"ın vitse-prezidenti Erden Timur Belçikada futbol klubu alıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, tanınmış iş adamı üçüncü divizionunda mübarizə aparan "Şarlerua" komandasına sahib olub.

Belçika klubu satışla bağlı açıqlamasında "Şarlerua - Qalatasaray gələcəyə birlikdə və əl-ələ" şüarı ilə irəliləyəcəklərini bəyan edib. Bildirilib ki, yeni prezident maliyyə və idman sahəsində onlara dəstək verəcək.

Qeyd edək ki, 111 yaşlı komanda Belçika III divizionunda bu mövsüm 17 görüş keçirib. Bu oyunlarda 36 xal toplayan "Şarlerua" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Milli.Az


Etiketlər:  Qalatasarayın vitse prezidenti Belçikada klub aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ