Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2023 08:44
Ukraynada yaxın aylarda döyüş əməliyyatlarının sona çatacağını gözləmirik, buna görə də Kiyevə yardımları davam etdirməyi vacib hesab edirik.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Əminliklə söyləyə bilərik ki, biz bir neçə aya rusların əllərini qaldırıb, döyüşü dayandıracağını gözləmirik. Onların taktiki planlarını müzakirə etməyəcəyik. Onlar hücumu davam etdirirlər. Buna görə də ötəngünkü yardım paketi çox vacib idi", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ ötən gün Ukraynaya 3 milyardlıq hərbi yardım paketini təsdiqləyib.