Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nasistlərə aid xəzinənin xəritəsi ortaya çıxdı: Yüzlərlə insan bu bölgəyə axışır - FOTO

Nasistlərə aid xəzinənin xəritəsi ortaya çıxdı: Yüzlərlə insan bu bölgəyə axışır - FOTO

Tarix: 7 Yanvar 2023 20:48

Hollandiyada İkinci Dünya Müharibəsindən qalan və nasistlərin gizlətdiyi böyük xəzinə olduğu bildirilən xəritənin görüntüləri yayılıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, ilk dəfə ictimaiyyətə açıqlanan məxfi sənədlər arasında yer alan xəritədə nasistlərim milyonlarla avroluq qənimətin harada gizlətdiyi göstərilir.

Lakin bu xəritənin nə qədər doğru olub-olmadağı hələlik məlum deyil.

"NL Times" qəzeti bildirib ki, qənimətin yerini tapmaq üçün bir neçə dəfə cəhd edilib, lakin heç vaxt üzə çıxarılmayıb.

Digər tərəfdən, Hitlerin itirilmiş xəzinəsinə diqqət çəkən bir neçə məqam var.

Klod Mone, Eduard Mane, Pol Sezanna və digər məşhur rəssamların əsərləri Çexiya-Almaniya sərhədindəki dağlarda gümüş mədənlərində basdırıldığı güman edilir. Əsərlərin əksəriyyətinin 1944-cü ildə Holokostun ən tanınmış simalarından biri olan Adolf Eyxmanın göstərişi ilə Macarıstandan talan edildiyi qeyd olunur. Hazırda dağlar tədqiq olunur. Neytron generatoru ilə 180 metr dərinlikdə axtarış aparan tədqiqatçılar dağda süni tunellərin olduğunu bildiriblər.

Almaniyanın Bavariyadakı ən dərin və ən böyük göllərindən biri olan "Walchen" gölünün dibində 56 milyon funt sterlinq dəyərində nasist qızılı olduğu da düşünülür. Bu iddia ondan irəli gəlir ki, 1945-ci ildə rayonun kənd sakinləri gölün yaxınlığında faşistləri görüblər. Yerli əhali gölə uzun metal qutuların atıldığını deyir.

Nasistlərin bu bölgəyə qızıl xəzinəsi və müxtəlif sənət əsərlərini qatarla gətirdiyi güman edilir. İnsanlar qatarı sonuncu dəfə bölgədəki Bayquş dağlarına çatanda görüblər.

Orta əsr qalası olan "Wewelsburg" nasistlərin qərargahı kimi tanınırdı. Nasistlər də qalanın mistik güclərə malik olduğuna inanırdılar.

Qeyd edək ki, keçən ildən bəri xəzinə ovçuları çoxdan itmiş məşuhr "Amber Room"un bu ərazidə olduğunu düşünməyə başlayıblar.

"Amber Room" Sankt-Peterburq yaxınlığındakı Tsarskoye Selo Yekaterina sarayında yerləşən, arxası qızıl və güzgülərlə bəzədilmiş kəhrəba panellərində örtülü bir otaq idi.


Etiketlər:  Nasistlərə xəzinənin xəritəsi ortaya çıxdı Yüzlərlə insan bölgəyə axışır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ