Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 12:12
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda bir neçə gün öncə qatarın vurduğu piyada dünyasını dəyişib.
Trend-in məlumatına görə, 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan qadın ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq xəsarətləri ağır olduğundan o, hadisədən bir neçə gün sonra dünyasını dəyişib.
Qeyd edək ki, oktyabr ayının 2-də Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, 1986-cı il Tacirə Vidadi qızı Rəhimovanı müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyərkən vurub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin