Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vasif Talıbov Bakıdan Naxçıvana belə qayıdıb - VİDEO

Vasif Talıbov Bakıdan Naxçıvana belə qayıdıb - VİDEO

Tarix: 10 Yanvar 2023 10:44

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefa verməmişdən bir gün əvvəl çəkilmiş görüntüləri yayılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, görüntülərdə V.Talıbovun Bakı şəhərindən Naxçıvana qayıtması, təyyarədən düşdükdən sonra oğlu Seymur Talıbovla birgə hava limanının binasına doğru hərəkət etməsi əsk olunub.

Bildirilib ki, həmin gün Vasif Talıbov ilk dəfə hava limanının Prezident çıxışından istifadə etməyib, xidməti maşını onu təyyarənin trapının yanında qarşılamayıb. O, digər deputatlar kimi, Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonundan keçib və oğlu Seymur Talıbov şəxsi avtomobili ilə atasını Naxçıvan şəhərinə aparıb.

Milli.Az


Etiketlər:  Vasif Talıbov Bakıdan Naxçıvana belə qayıdıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ