Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 16:03
Bakı. Kəmalə Məmmədli - Trend:
2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanın dəmir yolları ilə Rusiyaya 700 min ton yük daşınıb.
Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O əlavə edib ki, Türkmənistandan yüklərin daşınmasında da artım müşahidə olunur:
“Lapis Lazuli” nəqliyyat dəhlizində yük daşımalarının artdığı da görünür”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin