Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kaliforniyada tufan azı 16 nəfərin həyatına son qoyub - VİDEO

Kaliforniyada tufan azı 16 nəfərin həyatına son qoyub - VİDEO

Tarix: 11 Yanvar 2023 21:06

Kaliforniyada baş vermiş tufan nəticəsində azı 16 nəfər həlak olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ştatda havanın pisləşməsi daşqınlara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub. Kaliforniya ştatının qubernatoru Gevin Nyusom bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, həlak olanların sayı 14 nəfərə çatıb. Çərşənbə axşamı səhər isə Kaliforniya ştatının Tulare dairəsində baş vermiş qəza nəticəsində daha 2 nəfər həlak olub. Paso-Robles yaxınlığında daşqın nəticəsində bir balaca uşağı sel aparıb. Uşaq itkin düşmüş hesab edilir.

Çərşənbə axşamı yerli vaxtla saat 17-yə olan məlumata görə, ştatın 151 min sakininin evlərinə elektrik enerjisi verilişi dayandırılıb. Meteoroloqların proqnozlarına görə, bu həftənin sonuna qədər regionda azı iki yeni tufan gözlənilir.

Qubernator mətbuat konfransında deyib: "Kaliforniya sakinlərinə məsləhətimiz belədir: son dərəcə sayıq olun. Havanın hələ bir neçə gün sərt keçəcəyi gözlənilir. Bütün kaliforniyalılar ehtiyatlı olmalı və təcili yardım xidməti əməkdaşlarının məsləhətlərinə əməl etməlidirlər".

Milli Meteorologiya Xidmətinin məlumatına görə, Kaliforniyada yağıntıların səviyyəsi orta göstəricidən 400-600 faiz yüksəkdir.

Milli.Az


Etiketlər:  Kaliforniyada tufan azı 16 nəfərin həyatına son qoyub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ