Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2023 21:08
ABŞ müdafiə naziri Lloyd Ostin Yaponiyaya qarşı istənilən hücuma nüvə silahı da daxil olmaqla, bütün hərbi qüvvələri ilə cavab veriləcəyini bildirib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, ABŞ və Yaponiyanın xarici işlər və müdafiə nazirləri Vaşinqtonda Çinə qarşı mövqe tutmaq üçün yeni addımları müzakirə ediblər.
ABŞ müdafiə naziri Ostin bildirib ki, ABŞ tarixi qərar qəbul etməklə Yaponiyada hərbi dislokasiyanı optimallaşdıracaq.
Ostin ABŞ-ın Okinavadakı 12-ci Artilleriya Alayının 12-ci Dəniz Piyadaları Sahil Alayına çevriləcəyini söyləyib.
Bu transformasiya prosesinin 2025-ci ilə qədər davam edəcəyini açıqlayan nazir bu alayın ABŞ ordusunun yeni güc konsepsiyası çərçivəsində yaradılacağını və qabaqcıl texnologiya və uzaqmənzilli gəmi əleyhinə sistemlərlə təchiz ediləcəyini açıqlayıb.
Ostin Çinin ABŞ üçün yaxın rəqib və çətin sınaq olduğuna diqqət çəkib:
"Yaponiya və ABŞ Çinin sabitliyi pozan davranışları ilə bağlı ümumi narahatlıqları bölüşür. ABŞ-ın Yaponiyanı nüvə də daxil olmaqla bütün imkanlarla müdafiə etmək əzmini bir daha təsdiqləmək və qarşılıqlı təhlükəsizlik sazişinin 5-ci maddəsinin Senkaku adalarına da şamil olunduğunu vurğulamaq istərdim".