Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Rusiyanın məlumatını təkzib etdi

Ukrayna Rusiyanın məlumatını təkzib etdi

Tarix: 13 Yanvar 2023 22:30

Ukraynanın Donetsk vilayətinin Soledar şəhərində rus qoşunları ilə döyüşlər davam edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda bildirilib.

Belə ki, hərbçilər Rusiya MN-in Ukrayna şəhərinin tutulması ilə bağlı yaydığı məlumatı təkzib ediblər:

"Baxmut istiqamətində düşmən Spornoe, Beloqorovka, Razdolovka, Yakovlevka, Soledar, Krasnaya Qora, Baxmut, Klesçeevka, Kurdyumovka, Drujba və Şimali Donetsk vilayətini atəşə tutub. Soledar uğrunda döyüşlər davam edir".

Qeyd edək ki, ABŞ Müharibənin Öyrənilməsi İnstitutunun ardınca Rusiya MN də Soledarın ələ keçirldiyini təsdiqləyib. Ukrayna hərbi qüvvələrinin şəhərin qərb hissəsinin kənarında mübarizəni davam etdirdiyi bildirilir.

Milli.Az


Etiketlər:  Ukrayna Rusiyanın məlumatını təkzib etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ