Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Futbolu qoyub kim mənə baxar?” - VİDEO

“Futbolu qoyub kim mənə baxar?” - VİDEO

Tarix: 14 Yanvar 2023 15:15

""Eltilər" serialını çəkdik, çox gülmüşəm. Ağıla sığmaz reytinqlər verirdi, şənbə günü yayımlanan "Qız atası" serialını da keçmişdik. Ölkədə birinci olduq. Sonra xəbər çıxdı ki, reytinqlər dəyişib, yeni sistem gəlib".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri "Xəbər-ətər" proqramında aktyor və prodüser Elməddin Cəfərov deyib. O, ötən il işi ilə bağlı yaranan uğursuzluqlardan danışıb:

"Televiziyada da 2000-ci ildən bəri reytinq sistemi dəyişmir. Yeni sistemə öyrəşdik, özümüzü toparladıq. Birdən Dünya Çempionatı başladı. Özü də saat 7-də yayımlanırdı. Portuqaliyanın oyunu bizimlə eyni vaxtda yayımlanırdı. Sonda da finalı ilə üst-üstə düşdü. Bir ay öz canımla əlləşdim ki, özüm də futbolu sevirəm. Amma eyni vaxta düşür. Fransa Argentina oynayır, kim mənə baxar? Özüm də o oyuna baxdım. Şirkətdə problem yox idi. Daxili sıxıntım mövcud idi".

Milli.Az


Etiketlər:  Futbolu qoyub mənə baxar VİDEO


RƏYLƏR