Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran tankerinə hücumdan sonra neft qiymətləri artıb

İran tankerinə hücumdan sonra neft qiymətləri artıb

Tarix: 11 Oktyabr 2019 22:56

Bakı. Anastasiya Savçenko - Trend:

Qırmızı dənizdə İran tankerinə hücumdan sonra neft qiymətləri artıb.

Trend-in məlumatına görə, dünya bazarlarında neft qiymətləri 2 faiz yüksəlib.

Belə ki, "Brent" markalı neftin qiyməti 2,3 faiz artaraq 60 dollar/barel, "Light" markalı neftin qiyməti isə 2,1 faiz artaraq 54,7 dollar/barel təşkil edib.

Qeyd edək ki, İrana məxsus tanker Qırmızı dənizdə hücuma məruz qalıb. Hücumdan sonra gəminin göyərtəsində yanğın başlayıb və neft dənizə axıb. Hücumun təfərrüatları barədə məlumat verilməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İran tankerinə hücumdan sonra neft qiymətləri artıb


RƏYLƏR