Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2023 21:34
Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.
Belə ki, 1979-cu il təvəllüdlü Ağayeva Rəqsanə Şirəvan qızı yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.