Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2023 22:27
Qarabağdakı qondarma rejimin "blokada" şousu davam edir.
Sonxeber.net xəbər verir ki, musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Məlumata görə, yanvarın 16-da oyuncaq "dövlət naziri və baş qərargahın rəhbəri" Ruben Vardanyanın rəhbərliyi ilə "operativ qərargah"ın növbəti iclası keçirilib.
"İclasda talon sisteminin tətbiqinin gedişi barədə məlumat verilib, təşkilati-texniki işlərin müəyyən edilmiş qrafikə uyğun aparıldığı bildirilib. Vauçer sisteminin asan tətbiqini təmin etmək məqsədilə həm təchizatçılar, həm də satış məntəqələrinin sahibləri üçün müvafiq maarifləndirmə və təlim tədbirləri həyata keçiriləcək. Bir neçə əsas mal qrupunun talonla satışı Xankəndidə 200, rayonlarda isə 400 mağaza vasitəsilə həyata keçiriləcək"-məlumatda deyilir.
Eyni zamanda bildirilir ki, qondarma "respublikanın" enerji təchizatı ilə bağlı "gərgin olaraq qalan vəziyyət"dən bəhs olunub. Ermənistandan Qarabağa enerji təchizatının kəsildiyi iddiası da səslənib. İddia olunub ki, "çünki Azərbaycan tərəfi qəzanın səbəblərini öyrənmək üçün mütəxəssisləri nəzarət etdikləri əraziyə buraxmır". Bu "səbəbdən" əhalinin minimum enerji tələbatını mümkün qədər uzun müddətə ödəmək üçün sabahdan etibarən iki saatlıq fasiləsiz elektrik kəsilməsi əvəzinə, dörd saatlıq iş qrafiki tətbiq ediləcək.
Göründüyü kimi, Vardanyan dünyanı Laçın yolunun "kəsildiyinə" inandırmaq üçün girovluqda saxladığı Qarabağ ermənilərinə məşəqqətlər yaşadır.