Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 08:10
İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 53-cü iclasının rəsmi açılış mərasimi olub.
Tədbir forumun saytında yayımlanıb.
İclasın açılışında WEF-in təsisçisi Klaus Şvab çıxış edərək forumun maraqlı tərəflərin görüş platforması kimi əhəmiyyətini bəyan edib.
Təsisçi forum iştirakçılarının mövcud böhranların həlli yollarını tapa biləcəklərinə də ümid etdiyini vurğulayıb.
Həmçinin, açılış mərasimində bir sıra mədəniyyət xadimlərinə "Kristal" mükafatları təqdim olunub.
Forum "Parçalanmış dünyada əməkdaşlıq" şüarı ilə yanvarın 20-də yekunlaşacaq.