Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qonşu ölkənin limanlarında yüklənib-boşaldılan yüklərin həcmi 81 milyon tonu keçdi

Qonşu ölkənin limanlarında yüklənib-boşaldılan yüklərin həcmi 81 milyon tonu keçdi

Tarix: 12 Oktyabr 2019 10:32

Bakı. Elnur Bağışov - Trend:

İlin əvvəlindən İran limanlarında 81,81 milyon ton yük yüklənib və boşaldılıb.

Bu barədə Trend-in məlumatına görə, yüklənib-boşaldılan məhsulların həcmi ötən ilin analoji dövrü ilə (74,74 milyon ton) müqayisədə 3,9% artıb.

İranın Limanlar və Dənizçilik Təşkilatının (PMO) bu günə olan hesabatına əsasən, yüklər İranın Abadan, Astara, İmam Xomeyni, Əmirabad, Ənzəli, Cask, Çabəhar, Xürrəmşəhr, Şəhid Bahünər, Şəhid Rəcai, Firudinkenar, Qeşm, Genave, Lenge, Neka və Buşehr limanlarında realizə olunub.

Qeyd olunan müddət ərzində 25,33 milyon ton neft yüklənib və boşaldılıb. Bu isə ötən ilin analoji dövrü (25,75 milyon ton) ilə müqayisədə 1,6% azdır.

Digər yüklərə gəlincə, hesabat dövründə TEU konteyner yükləri 0,88 milyon ton olub. Bu, ötən ilin analoji dövrü (1,38 milyon ton) ilə müqayisədə 35,7% az deməkdir.

Bundan başqa, digər konteyner yüklərinin həcmi 10,57 milyon ton olub. Bu isə ötən ilin analoji dövrü (13,33 milyon ton) ilə müqayisədə 20,7% az deməkdir.

General karqo yüklərinin həcmi 10,53 milyon ton olub. Ötən ilin analoji dövrü ilə (11,04 milyon ton) müqayisədə 4,6% azalıb. Açıq şəkildə (bulk kargo) quru məhsulların həcmi 32,30 milyon ton olub. Bu, ötən ilin analoji dövrü (25,68 milyon ton) ilə müqayisədə 25,8% artıb. Açıq şəkildə (bulk kargo) yüklənib-boşaldılan maye məhsulların həcmi isə 3,08 milyon ton olub. Bu da ötən ilin analoji dövrü ilə (2,95 milyon ton ) müqayisədə 4,4% artıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qonşu ölkənin limanlarında yüklənib boşaldılan yüklərin həcmi milyon tonu keçdi


RƏYLƏR