Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' 4 qol buraxdı

''Qarabağ'' 4 qol buraxdı

Tarix: 18 Yanvar 2023 21:46

Ağdamın "Qarabağ" klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi son yoxlama oyununda məğlub olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Polşanın "Poqon" klubu ilə matçdan 2:4 hesablı məğlubiyyətlə ayrılıb. Azərbaycan çempionunun heyətində qolları Marko Yankoviç və Abdullah Zubir vurublar.

"Qarabağ" bu gün iki yoxlama görüşü keçirib. Günün ilk matçda komandamız Serbiyanın "Çukariçki" klubuna qalib gəlib - 1:0.

Qeyd edək ki, yanvarın 13-də "Qarabağ" ilk yoxlama matçında Polşanın "Rakuv" klubuna 0:3 hesabı ilə uduzub.

Milli.Az


Etiketlər:  Qarabağ buraxdı


RƏYLƏR