Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2023 08:00
Nikol Paşinyan Ruben Vardanyanın Qarabağda olmasını istəmir. Bu, Paşinyanın Qarabağın Azərbaycana verilməsi üçün son tələbi idi.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, separatçıların "sözçüsü" David Qalstyan deyib.
O bildirib ki, erməni separatçıların lideri Araik Arutyunyanın Vardanyanla şəxsi problemi yoxdur və onun istefası məsələsi Paşinyanın təşəbbüsü ilə gündəmə gəlib:
"Paşinyan Vardanyanın Qarabağda olmasını istəmir. Vardanyan hər dəfə Paşinyanla üz-üzə gələndə problemlər yaranırdı. Vardanyan ona bildirib ki, o, Ermənistandan təkcə maliyyə və humanitar yardım gözləmir, İrəvan mövcud vəziyyətin nizamlanması üçün daha ciddi işlər görməlidir. Və bu, Nikol Paşinyanın xoşuna gəlməyib".