Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2023 08:30
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-ABŞ Strateji Mexanizminin ikinci Nazirlər Toplantısı çərçivəsində ABŞ paytaxtı Vaşinqtonda bu ölkənin dövlət katibi Entoni Blinken ilə görüşüb.
Görüşdən sonra mətbuata açıqlamalarla çıxış edən rəsmilər söhbət zamanı ABŞ-dən Türkiyəyə F-16 qırıcılarının tədarükü, terrorla mübarizə, NATO çərçivəsində əməkdaşlıq, Ukrayna, Suriya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda baş verən proseslərin müzakirə olunduğunu bildiriblər.
Mövlud Çavuşoğlu F-16 qırıcılarının Türkiyəyə tədarükünün NATO və ABŞ üçün də vacib məsələ olduğunu vurğulayıb.
Türkiyənin xarici işlər naziri və ABŞ-ın dövlət katibi Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib.
Mövlud Çavuşoğlu Entoni Blinkeni Türkiyəyə səfər etməyə dəvət edib.
"Qafqazdakı proseslər, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi apardıq", - Çavuşoğlu qeyd edib.