Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukraynaya tanklar göndərməyə çalışmağın tərəfdarıyam''

''Ukraynaya tanklar göndərməyə çalışmağın tərəfdarıyam''

Tarix: 20 Yanvar 2023 07:54

Niderland Krallığı Ukraynaya Leopard tanklarının tədarükü üçün pul ödəməyə hazırdır.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Bloomberg"ə müsahibəsində müdafiə naziri Kaysa Ollonqren məlumat verib. Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistin sualına "Əlbəttə, bunu etmək istərdik", - deyə cavab verib.

"Biz hamımız Almaniyanın bu məsələ ilə bağlı mövqeyinin açıqlanmasını gözləyirik. Baxmayaraq kİ, mən həll yolu tapmağa və Ukraynaya tanklar göndərməyə çalışmağın tərəfdarıyam", - deyə o əlavə edib.

Yanvarın 20-də Almaniyadakı Amerika Ramşteyn aviabazasında Qərb müdafiə nazirlərinin növbəti iclası keçiriləcək və orada Kiyevə əlavə yardım, ilk növbədə Almaniya istehsalı olan "Leopard" tanklarının təhvil verilməsi məsələsi müzakirə olunacaq.


Etiketlər:  Ukraynaya tanklar göndərməyə çalışmağın tərəfdarıyam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ