Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pentaqon Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Pentaqon Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Tarix: 20 Yanvar 2023 08:24

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx keçirdiyi brifinqdə Ukraynaya yeni hərbi yardım paketinin hazırlandığını açıqlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Biz tezliklə başqa bir hərbi yardım paketini gözləməliyik", - Sinqx deyib.

Bununla belə o, təchizat paketinin təfərrüatlarını və məzmununu açıqlamaqdan imtina edib. Sinqx əlavə edib ki, Ukrayna daha çox zirehli texnika və hava hücumundan müdafiə sistemi tələb etməkdə davam edir. Onun sözlərinə görə, ABŞ-ın tədarükləri Ukraynanın tələblərini qismən təmin edir.

Milli.Az


Etiketlər:  Pentaqon Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb


RƏYLƏR