Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO)

Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO)

Tarix: 12 Oktyabr 2019 19:30

Bakı. Trend:

Oktyabrın 11-də Nadejda Nadejdina adına "Beryozka" Dövlət Akademik Xoreoqrafiya Ansamblı Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, konsertdən əvvəl bütün iştirakçıları salamlayan Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov belə tədbirlərin xalqlar arasında mədəni sahədə əlaqələrin daha da möhkəmlənməsinə təkan verdiyini söyləyib. Səfir deyib ki, "Beryozka" Dövlət Akademik Xoreoqrafiya Ansamblı uzun illərdir öz çıxışı ilə insanlara sevinc bəxş edir. Ötən il 70 illik yubileyini qeyd edən və bu illər ərzində bütün dünyanı gəzən "Beryozka" ansamblı klassik slavyan rəqs mədəniyyətinin etalonu hesab olunur.

Son illər Rusiyanın sənət adamlarının Azərbaycanda mütəmadi olaraq çıxışlarını yüksək dəyərləndirən diplomat belə tədbirlərin təşkilinə verdiyi dəstəyə görə ölkəsinin Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Sonra M.Boçarnikov Rusiyanın Mədəniyyət nazirinin tədbir iştirakçılarına müraciətini oxuyub.

Gecədə əfsanəvi ansambl tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edib.

Tamaşaçılar "Beryozka" ansamblının ifasında Nadejda Nadejdinanın və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alıblar.

Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.

Qeyd edək ki, bu tədbirlərin davamı olaraq oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiya Federasiyasının Xalq artisti, görkəmli pianoçu Nikolay Luqanskinin iştirakı ilə konsert keçiriləcək.

Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO) Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO) Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO) Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO) Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO) Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO) Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO) Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO) Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO) Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO) Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO) Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO)


Etiketlər:  Əfsanəvi Beryozka ansamblı Bakıda konsert proqramı ilə çıxış edib FOTO


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ