Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2023 23:58
Barselona məhkəməsi eyniadlı futbol klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveşin zaminə buraxılmadan həbs olunmasına razılıq verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o, gecə klubunda xanımlardan birinə cinsi təcavüz etməkdə günahlandırılır. İddia edilən hadisə dekabrın 30-da baş verib. Alveş iddiaları təkzib edib.
Qeyd edək ki, hazırda Alveş Meksikanın "Pumas" komandasında çıxış edir.