Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Türkiyə və İsveçin arasını vurmağa cəhd ediblər”

“Türkiyə və İsveçin arasını vurmağa cəhd ediblər”

Tarix: 24 Yanvar 2023 08:42

Dövlət Departamenti İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin qarşısında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılmasını Türkiyə-İsveç münasibətlərinə xələl gətirilməsi, eyni zamanda İsveç və Finlandiyanın NATO-ya daxil olmasına əngəl yaradılması prizmasından şərh edib.

"Report" xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsü Ned Prays brifinqdə danışıb.

"Bu, təxribatçı biri idi, ola bilsin bilərəkdən iki yaxın tərəfdaşımız Türkiyə və İsveçin arasını vurmağa cəhd göstərib, ola bilsin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən danışıqları qəsdən çətinləşdirməyə can atıb", - Prays vurğulayıb.


Etiketlər:  Türkiyə İsveçin arasını vurmağa cəhd ediblər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ