Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəhrəman ata qızlarını xilas edib, özü ayaqsız qaldı - VİDEO - FOTO

Qəhrəman ata qızlarını xilas edib, özü ayaqsız qaldı - VİDEO - FOTO

Tarix: 25 Yanvar 2023 19:40

ABŞ sakini Deyv Miln qızlarını qar təmizləyən maşının altında qalmaqdan xilas edərkən hər iki ayağını itirib.

Milli.Az big.az-a istinadən bildirir ki, bu barədə "People" yazır.

Belə ki, kişi həyat yoldaşı Kler, bir yaşlı qızı Anna və 3 yaşlı qızı Ayla ilə Kaliforniya ştatının Mammot-Leyks şəhərindəki dağ-xizək kurortuna yollanıb. Qızlarına xizək sürməyi öyrədərkən qarşılarına qar təmizləyən maşın çıxıb. Özünü uşaqların üzərinə ataraq qoruyn atanın ayaqları maşının altında qalıb.

Lakin atasının fədakarlığına baxmayaraq, Ayla da ağır xəsarətlər alıb. Hadisə yerinə gələn xilasedicilər yaralı uşağı dərhal xəstəxanaya yerləşdiriblər, lakin maşında ilişib qalan Deyv yalnız bir saat sonra oradan çıxarıla bilib.

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan kişinin sol ayağı dizdən yuxarı, sağ ayağı isə dizdən aşağı amputasiya olunub.

Artıq 10-dan çox əməliyyat keçirən Deyvin növbəti əməliyyatları da gözlənilir.

Baş verənlərə baxmayaraq, ailə pozitiv olmağa çalışır. Əlil arabasıyla hərəkət edən Aylanın vəziyyəti düzəlməkdədir. Uşaq tədricən əvvəlki həyatına qayıdır.

Ailə dostu Tsen Boqanın sözlərinə görə, böyük güc və dözüm nümayiş etdirən Deyv iti ağlını və qara yumor hissini hələ də itirməyib.

Milli.Az


Etiketlər:  Qəhrəman ata qızlarını xilas edib özü ayaqsız qaldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ