Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2023 21:16
Türkiyənin Yalova şəhərində şəkil çəkmək üçün qayalıqlara dırmaşan 33 yaşlı Semiha Sözer 50 metr hündürlükdən yıxılaraq ölüb.
Sonxeber.net big.az-a istinadən bildirir ki, Yalovaya iki rəfiqəsi ilə gəzməyə gələn qadın Kocaeli sakini olub.
Təbiətdə gəzərkən Semiha gördüyü gözəl mənzərəni mobil telefonla çəkmək üçün qayalıqlara çıxıb, lakin müvazinətini itirərək yıxılıb.
Rəfiqələrinin hadisə yerinə çağırdığı xilasedicilər 2 saatlıq əməliyyat nəticəsində Semihanı tapsalar da, onun artıq öldüyünü bildiriblər.
Qadının meyiti morqa göndərilib. Faktla bağlı araşdırma aparılır.