Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanın bu addımına nə Bakı dözəcək, nə də Rusiya

İrəvanın bu addımına nə Bakı dözəcək, nə də Rusiya

Tarix: 26 Yanvar 2023 08:30

Aydındır ki, AB-nin Ermənistandakı missiyanın praktiki nəticəsi olmayacaq. Rəsmi elan edilmiş tapşırıqları yerinə yetirmək üçün 100 müşahidəçi kifayət etmir. AB üçün bu, prosesdə mövcudluğunu və təsirini saxladığına inanmaqdan daha çox özündən razılıq formasıdır. Ermənistan isə hazırda AB missiyasından müharibədən sonrakı prosesləri ləngitmək üçün alət kimi istifadə edir. İrəvan burda Üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsi və sülh müqaviləsinin bağlanması məsələsini təxirə salmaq imkanı görür. Bakı belə əyləc praktikasına dözmək fikrində deyil. İlin əvvəlində Prezident İlham Əliyev demişdi ki, Bakının təklifləri qeyri-müəyyən müddətə danışıqlar masasında qalmayacaq. Azərbaycan 1994-2020-ci illərin vəziyyətinin təkrarlanmaması üçün buna imkan verməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov deyib.

"Ona görə də söhbət daha çox Ermənistan hakimiyyətinin illüziyalarından gedir. Çünki avropalı müşahidəçilər burdakı vəziyyəti dəyişməyəcək. AB-nin vəziyyətə hər hansı töhfə vermək üçün Azərbaycanın gözündə real gücü, reputasiyası, legitimliyi yoxdur. Rusiya da uzun müddət Rusiya-Ermənistan əlaqələrini pozmağa çalışan İrəvanın bu cür şıltaqlığına dözməyəcək. Ermənistan indi hansısa yolla erməni nöqteyi-nəzərini müdafiə etməyə hazır olan istənilən vasitəçi axtarışındadır. İndi İrəvan onu AB-də tapıb. Amma Ermənistanın Rusiyadan başqa müttəfiqi yoxdur və geosiyasi baxımdan İrəvan Kremillə əməkdaşlığa məhkumdur. Görünür, Ermənistan Rusiyanın Üçtərəfli Bəyanata əməl etmədikdə belə ona güzəştə getməsini gözləyir. Lakin İrəvanın bu cür təxribatı Moskvanı onlarla münasibətə yenidən baxmağa yönləndirəcək. Azərbaycanla da münasibətlər ən yüksək müttəfiqlik səviyyəsindədir və Ermənistandan fərqli olaraq, Bakı özünü konstruktiv aparır", - o bildirib.

Naumov vurğulayıb ki, Rusiyanın AB-nin Ermənistandakı iki illik missiyasına reaksiyası aydın, lakin təmkinli olacaq:

"Moskva üçün isə bu, siyasi baxımdan xoşagəlməz hadisədir. Aydındır ki, Ermənistan bunu ümidsizlikdən edir. İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirməsinin başqa yolu yoxdur. Rusiya və Azərbaycan Üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsini tələb edir, Ermənistan isə bunu etməmək və vəziyyəti uzatmaq üçün hər cür fürsət axtarır. Bütün bu siyasi addımlar və simvolik jestlər Ermənistanın Azərbaycanla yeni toqquşmalar zamanı hərbi müqavimət göstərə bilməməsi fonunda baş verir. Yüz avropalı müşahidəçi burada heç nəyi dəyişmir. Vasitəçiləri və missionerləri dəvət edə, bu və ya digər paytaxtdan səslənəcək bəzi sakitləşdirici və ya xoş sözlərə arxalana bilərsiniz. Amma Ermənistan hələ də Qarabağ müharibəsində uduzan tərəf mövqeyindədir. İrəvan Üçtərəfli Bəyanata əməl etməyə məcburdur. Ona görə də uzunmüddətli perspektivdə AB missiyası ancaq zərər gətirəcək. Çünki buna görə Ermənistan öz öhdəliklərinə məhəl qoymamaqda davam edəcək və Nikol Paşinyanın ritorikası daha da təxribatçı xarakter alacaq. Yəni Ermənistan-Azərbaycan münasibətlərinin həlli üçün başqa problem yaranacaq".

Milli.Az


Etiketlər:  İrəvanın bu addımına Bakı dözəcək Rusiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ