Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qərbi Azərbaycan İcması Ermənistan hökuməti ilə təmaslara başlamaq niyyətindədir

Qərbi Azərbaycan İcması Ermənistan hökuməti ilə təmaslara başlamaq niyyətindədir

Tarix: 26 Yanvar 2023 16:26

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikası hökuməti, Ermənistan Respublikası hökuməti, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, region ölkələri və digər aidiyyəti dövlətlər və təşkilatlar ilə təmaslara başlayacaq.

Bu barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında əks olunub.

Qeyd olunub ki, indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən, hüquqi baxımdan məcburi olan, müvafiq verfikasiya və zəmanət mexanizmini ehtiva edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsində də təsbit olunmasına çalışacaq.

Qayıdışın beynəlxalq hüquqi çərçivəsinin formalaşdırılması üçün İcma Azərbaycan Respublikası hökuməti, Ermənistan Respublikası hökuməti, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, region ölkələri və digər aidiyyəti dövlətlər və təşkilatlar ilə təmaslara başlayacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yekun iclasında Qayıdış Konsepsiyası qəbul edilib.


Etiketlər:  Qərbi Azərbaycan İcması Ermənistan hökuməti ilə təmaslara başlamaq niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ