Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid övladları üçün İstanbulda “Qış düşərgəsi” təşkil olunacaq - FOTO

Şəhid övladları üçün İstanbulda “Qış düşərgəsi” təşkil olunacaq - FOTO

Tarix: 26 Yanvar 2023 21:46

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vəqfi) təşkilatçılığı ilə 2022-ci ildə Azərbaycanda keçirilən "Teknofest Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında yarışmacı qismində iştirak edən şəhid övladlarından ibarət 3 komandanın iştirakıyla Türkiyə Respublikasının İstanbul şəhərində "Qış düşərgəsi" təşkil olunacaq.

Qış düşərgəsində 20 nəfərdən ibarət heyət 5 gün ərzində Astronomiya, Aviasiya və Kosmik Seminarı, Dizayn seminarı, Texnologiya seminarı, Təbiət Elmləri Seminarı, Riyaziyyat emalatxanası, Planetarium, bədii fəaliyyət, İdman fəaliyyəti, dəyərlər təlimi, İstanbul şəhərinin tarixi və gəzməli yerlərinə ekskursiya, BAYKAR şirtkəti gəzintisi və texniki səfərlər edəcəklər.

Milli.Az


Etiketlər:  Şəhid övladları üçün İstanbulda Qış düşərgəsi təşkil olunacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ